Amerikalı multimilyarder İlon Mask bu ilin əvvəlkilərdən daha pis olacağını söyləyib.

İndex.az xəbər verir ki, bu barədə sahibkar özünün sahib olduğu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, bir sosial şəbəkə istifadəçisinin “dörd illik dəlilikdən” sonra hansı ili səbirsizliklə gözləyəcəyi ilə bağlı sualına cavab verərkən bildirib ki, 2024-cü ilin daha da “çılğın” olacağını proqnozlaşdırıb.

Bundan əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvami demişdi ki, amerikalı sahibkar Elon Mask onun “ideal” vitse-prezidenti olacaq.