“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

İndex.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyanın , kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı canlı olaraq yayımlanacaq.