Amerikalı milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Maskın hesabı “Twitter” sosial şəbəkəsində ən çox oxunan hesab olub.
İndex.az “The Verge” nəşrinə istinadən yazır ki, iş adamı abunəçilərinin sayına görə ABŞ-ın keçmiş prezidenti Barak Obamanı ötüb.
İlon Mask “Twitter”də ən çox izlənən şəxs kimi keçmiş prezident Barak Obamanı “taxtdan salıb”. Hazırda milyarderin 133 068 709, Obamanın isə 133 042 819 abunəçisi var.
İzləyicilərinin sayı sosial şəbəkə hesablarının hər birinin əsas səhifəsində göstərilib.
Xatırladaq ki, Mask “Twitter”i 2022-ci ilin oktyabrında 44 milyard dollara alıb. “The Verge” nəşri hesab edir ki, bu, şübhəsiz ki, Obama ilə müqayisədə onun abunəçilərinin sayını kəskin şəkildə artırmağa kömək edib.
Qeyd olunur ki, 2022-ci ilin iyun ayında “Twitter”in rəhbəri 100 milyon abunəçi qazanıb və sonrakı aylarda bu rəqəm yalnız artmaqda davam edib.
