Hollandiya Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada ölkənin şimal ucunda nəqliyyat vasitələri daşıyan yük gəmisində baş verən yanğında bir nəfərin öldüyü, ekipaj üzvlərinin bir hissəsinin dənizə atılmalı olduğu bildirilib.
İndex.az xəbər verir ki, Panama bayrağı altında üzən “Fremantle Highway” gəmisi Almaniyadan Misirə 25-i elektriklə işləyən 2857 avtomobil daşıyırdı.
Sahil təhlükəsizlik sözçüsü hadisənin mənbəyinin elektrik avtomobili olduğundan şübhələndiklərini və yanğının hələ də davam etdiyini bildirib.
