Hindistanın şərqindəki Orissa ştatında cəmi iki saat ərzində 61 minə yaxın ildırımın düşməsi nəticəsində azı 12 nəfər ölüb, ondan çox adam yaralanıb.

İndex.az xəbər verir ki, Orissa Ştatının Fəlakətlərin İdarə Olunması İdarəsinin məlumatına görə, şənbə günü paytaxt Bhubanesvarın ətrafındakı ərazilərə güclü ildırım düşüb və bu ildırım günortadan sonra yağan tufanlar zamanı da davam edib.

Qurumun məlumatına görə, saat 17.00-a qədər buludlar arasında 36 min 597 şimşək, 25 min 753 ildırım çaxması qeydə alınıb.

Açıqlamada bu ildırım fırtınasında 8 baş iribuynuzlu heyvanın da tələf olduğu bildirilib.