Hindistan "Chandrayaan-3" adlı kosmik gəmi ilə Ayın Cənub Qütbünə yaxın yerə enən ilk ölkə olmağı bacarıb.

İndex.az xəbər verir ki, bu nailiyyətlə Hindistan ABŞ, Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə oldu.

Açıqlamaya görə, "Chandrayaan-3"ün məqsədlərindən biri su əsaslı buzları kəşf etməkdir ki, bu da alimlərin fikrincə, gələcəkdə Ayda insanların məskunlaşmasına kömək edə bilər.

Təbii ki, bu uğuru qazanmaq asan deyil. Məsələn, Rusiya son vaxtlar prosesdə uğursuzluğa düçar olub. "Roskosmos"un rəsmi "Telegram" kanalında yayımlanan açıqlamaya görə, avqustun 19-da Rusiyanın "Luna-25" kosmik gəmisinin orbitini azaltmaq üçün edilən manevr zamanı yaranan anomaliya kosmik gəminin Ay səthinə çırpılmasına səbəb olub.