Avqustun 23-də Ayın cənub hissəsinə enərək tarix yazan Hindistan "Chandrayaan-3" kosmik gəmisi ilə bağlı yeni açıqlama verib.
İndex.az xəbər verir ki, səlahiyyətlilər, Aya endirdikləri kosmik gəmi ilə Ay tədqiqatçısını bir neçə həftə "yuxuya verdiklərini" açıqladılar.
Əvvəlcədən planlaşdırılan bu vəziyyət sentyabrın 22-dək davam edəcək. Bəs Hindistan Ayı tədqiq edə bildiyi halda niyə öz kosmik gəmisini "yuxuya verir"?
Ayın cənub qütb bölgəsi orbital hərəkətlərinə görə həmişə parlaq olmur. Alimlərin araşdırmaları Ayın cənub qütbünün 14 gün qaranlıq qalacağını üzə çıxarıb. Bu vəziyyəti əvvəlcədən bilən Hindistan "Chandrayaan-3" kosmik gəmisi çərçivəsində bir təqvim yaratdı. Bu təqvimə görə, Aya enən kosmik gəmilər müəyyən dövrlərdə işləməməli, yəni "yuxuya buraxılmalıdır". Hindistan bu mərhələdə sentyabrın 22-nə qədər gözləyəcək.

Hindistanın Vikram adlandırdığı eniş modulu ilə Pragyan adlı kəşfiyyatçı gözlənildiyi kimi günəş enerjisi ilə işləyir. Daxili batareyaları olan kosmik gəmilər 14 gün ərzində işıq qəbul etməyəcək və enerji ilə doldurula bilməyəcək.
Günəşin yenidən görünməsini gözləyəcək kosmos vasitəsi növbəti mərhələdə enerji yığaraq işləməyə davam edəcək. Əlbəttə ki, ilk yenidən yükləmə bir az çətin olacaq. Mümkün bir texniki problem və ya şarj edə bilməmək Hindistanın "Chandrayaan-3" missiyasının tamamlanmamasına səbəb ola bilər.
