Erling Haaland onun Kilian Mbappe ilə rəqabətini Lionel Messi və Kristiano Ronaldo arasındakı rəqabətlə müqayisə etməyin düzgün olmadığını bildirib.

İndex.az xəbər verir ki, Erlinq Haaland "France Football"a bu barədə danışıb.

"Biz Messi və Kristianonun etdiklərinin nə qədər inanılmaz olduğunu qeyd etməliyik. Yaşlansalar da, onların hələ də ən yüksək səviyyədə olduqlarını unutmamalıyıq. Amma heç vaxt özümü digər oyunçularla müqayisə etmirəm, hadisələrə belə yanaşmıram. Diqqətimi özümə yönəldirəm. Mən hər gün daha yaxşı olmağa və etdiyim işdən həzz almağa çalışıram".

Erlinq Haaland özünü Kilian Mbappe ilə müqayisə etməsə də, futbolun aparıcı ulduzlarının oyunlarını izləyir: "Çoxlu matçlara baxıram. Futbolu sevirəm, həyatımın yüz faizi futboldur. Nə vaxt olsa, matçları izləyirəm".