"Google Translate" süni intellektin toxunuşu ilə illər ərzində inkişafını bir addım daha irəli aparır.

İndex.az xəbər verir ki, yeni əlavə edilən "Şəkillər" bölməsi ilə şəkildəki mətnləri tərcümə etmək imkanına malik olan "Google Translate" bir çox dillərə tərcümə edə biləcək.

Hələlik ingiliscə-türkcə tərcümə variantı olmasa da, istifadəçilər yeni sistem sayəsində bir çox fərqli hərflərlə yazılması çətin olan mətnləri olan şəkilləri asanlıqla yükləyib tərcümə edə biləcəklər.