ABŞ-ın Florida ştatında okean səthində “görünməmiş” temperatur qeydə alınıb. O qədər ki, Florida Keysdə dəniz suyu cakuzi səviyyəsinə qədər isinirdi.
İndex.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasına (NOAA) görə ilin bu vaxtında bölgə üçün normal suyun temperaturu 23 dərəcə Selsi ilə 31 dərəcə Selsi arasında olmalıdır.
Lakin Florida Keys ətrafında suyun səthinin temperaturu bu həftə Selsi üzrə 38,43 dərəcəyə yüksəlib. Bu qlobal rekord ola bilər.
ABŞ hökumətinin məlumatına görə, Floridanın Everqleyds Milli Parkındakı Manatee körfəzinin sularında 38 və 32 dərəcə isti qeydə alınıb.
Bu həftə sularda qeydə alınan temperatur səviyyəsi isti vannadakı ilə demək olar ki, eynidir.
“The Guardian” yazır ki, okean səthinin temperaturu qeydləri aparılmır, lakin 2020-ci ildə aparılan araşdırma Fars körfəzində müşahidə edilən ən yüksək temperaturun 37,61 dərəcə Selsi olduğunu göstərir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kəskin hava şəraitinin artan tezliyi və intensivliyi texnogen iqlim böhranının əlamətidir. Mövcud isti dalğalarının avqust ayına qədər davam edəcəyi gözlənilir.
