Dizaynı və performansı ilə diqqət çəkən "Fiat 500e", ardıcıl üçüncü dəfə ən yaxşı elektrikli kiçik avtomobil seçildi.
İndex.az xəbər verir ki, "Fiat 500"ün tam elektrik versiyası olan "500e", ardıcıl üçüncü dəfə kateqoriyada birinci yeri tutmağı bacarıb.
Yeni "500e" modelinin tamamilə şəhərə uyğun avtomobil olduğunu bildirən münsiflər heyəti, avtomobilin dar küçələrdə asan manevr qabiliyyətinə malik olduğunu bildirib.
