"Meta" tətbiq əsaslı yeniliklərini davam etdirir.
İndex.az xəbər verir ki, şirkətin rəsmi saytında dərc etdiyi bloq yazısında artıq "Facebook"da birdən çox şəxsi hesab açmaq mümkün olacağı yazılıb.
İstifadəçilər istəsələr, özləri üçün fərqli hesablar yarada biləcəklər. İstifadəçilərin fərqli auditoriyaya müraciət etmək istəyə biləcəyini nəzərə alaraq, "Meta" tətbiqdə profil yaratmaq seçimini artırır.
