"Keçən il ABŞ ən çox ixrac etdiyimiz 2-ci, ən çox idxal etdiyimiz 5-ci ölkə oldu".

İndex.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türk-Amerika İş Şurasının (TAİK) təşkil etdiyi şam yeməyində iş dünyasının nümayəndələri ilə görüşdə deyib.

O, 2022-ci ilin sonuna qədər ikitərəfli ticarət həcminin 32 milyard dolları keçdiyini, hədəflərinin isə 100 milyard dollara çatmaq olduğunu da vurğulayıb.

Ərdoğan həmçinin, çıxışında iş dünyası nümayəndələri ilə yenidən görüşməkdən məmnunluğunu ifadə edərək, Türkiyə ilə ABŞ-ın NATO çərçivəsində çoxdankı müttəfiqlik əlaqələrinə diqqət çəkib.