Azərbaycanın mebel istehsalçısı “Embawood” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

İndex.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Yasamal Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Hüseyn Səfərovdur.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Embawood” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3750 manatdır və qanuni təmsilçisi Elşad Abbasovdur.

Mənbə - Banker