Rusiyanın Altay Muxtar Respublikasında Mi-8 tipli helikopterin qəzaya uğraması nəticəsində 6 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilib.

İndex.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamada Mi-8 tipli helikopterin Altayda eniş zamanı alovlandığı və alışdığı bildirilib.

Helikopterdə olan 6 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bundan əlavə, açıqlamada helikopterdə olanların bölgəyə gələn turistlər olduğu qeyd edilib.