Yeni Zelandiyanın ədliyyə naziri, 39 yaşlı Kiri Allan avtomobil qəzasından sonra saxlanıldıqdan və sərxoş olduğu üzə çıxdıqdan sonra istefa verib.
İndex.az xəbər verir ki, Allan ehtiyatsızlıqdan avtomobil idarə etməkdə və həbsdə müqavimət göstərməkdə ittiham olunur.
Bazar günü gecə Vellinqtonda baş verən yol qəzasında ölən və ya xəsarət alan olmayıb.
Həbs edildikdən sonra Allan polis bölməsinə aparılıb və orada dörd saat saxlandıqdan sonra sərbəst buraxılıb.
