Ümumdünya Səhiyyə Təşkilatının qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub.
İndex.az xəbər verir ki, hesabata görə, tütün hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Bunlara passiv şəkildə ikinci tüstüyə məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir.
Hesabatda dünya üzrə 1,3 milyard tütün istifadəçisinin təxminən 80 faizinin orta və aşağı gəlirli ölkələrdə yaşadığı, 2020-ci ildə dünya əhalisinin 22,3 faizinin tütündən istifadə etdiyi, bu nisbətin kişilər üçün 36,7 faiz, 7,8 faizinin isə qadınlar üçün olduğu bildirilib.
ÜST-nin Sağlamlığın Təşviqi və İnkişafı Departamentinin direktoru Rudiger Krech bildirib ki, tütündən istifadə hər il dünyada 8,7 milyon insanın ölümünə səbəb olur.
Krech bütün ölkələri tütün epidemiyası ilə mübarizə üçün bütün MPOWER tədbirlərini ən yaxşı şəkildə həyata keçirməyə və bu ictimai sağlamlıq tədbirlərinə qarşı lobbiçilik edən tütün və nikotin sənayelərinə qarşı mübarizə aparmağa çağırıb.
