Bu gün dünyada 1 milyard 452 milyon insan gündəlik olaraq ingilis dilində danışır.

Dünyanın tanınmış “World of Statistics” nəşri dünyada ən çox çox danışılan dillərin statistikasını hazırlayıb.

İndex.az bu statistikaya istinadən xəbər verir ki, siyahıda ikinci yeri Çin dili tutub. Hazırda dünyada 1 milyard 118 milyon insan Çin dilində danışır.

Siyahının ilk üçlüyündə Hind dili qərarlaşıb. Hazırda dünyada 602 milyon insan Hind dilində ünsiyyət qurur.

İndex.az dünyanın ən çox danışılan dillərin siyahısını təqdim edir:

1. İngilis dili: 1,452 milyard

2. Çin: 1,118 milyard

3. Hind dili: 602 milyon

4. İspan: 548 milyon

5. Fransız: 274 milyon

6. Ərəb: 273 milyon

7. Benqal dili: 272 milyon

8. Rus dili: 258 milyon

9. Portuqal: 257 milyon

10. Urdu: 231 milyon