Çin mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-şərqində qızlardan ibarət voleybol komandası qapalı şəraitdə məşq edərkən məktəbin idman zalının damı uçub və 11 nəfər ölüb.
İndex.az xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 15:00-da (CEST 09:00) baş verib.
Hadisə şahidləri ölənlərin əksəriyyətinin uşaq olduğunu deyirlər, lakin bu hələ rəsmi təsdiqini tapmayıb.
Heilongjiang əyalətindəki idman zalında olan 19 nəfərdən yalnız 8-i hadisədən sağ çıxıb.
