Çin Kiberməkan İdarəsi (CAC) 18 yaşından kiçik olanlar üçün mobil internet proqramlarına girişi məhdudlaşdıran yeni təlimatlar açıqlayıb.

İndex.az xəbər verir ki, uşaqlar saat 10.00-18.00 arasında “uşaqların fiziki və zehni inkişafına dəstək verən proqramlar” istisna olmaqla, əksər mobil internet xidmətlərindən istifadə edə bilməyəcəklər.

Bundan əlavə, 16-17 yaşlı uşaqlar gündə 2 saat, 8-15 yaşlı uşaqlar gündə 1 saat, 8 yaşa qədər uşaqlar isə gündə 40 dəqiqə internetə qoşulmuş proqramlardan istifadə edə biləcəklər.

Qeyd edək ki, Çində 2021-ci ildə edilən tənzimləmə ilə uşaqların onlayn oyun vaxtı cümə, həftə sonları və bayram günlərində gündə bir saatla məhdudlaşdırılıb.