Çin Xalq Bankı bazar gözləntilərinə uyğun olaraq benchmark kredit faiz dərəcələrini (LPR) dəyişməyərək saxlayıb.
İndex.az xəbər verir ki, 18 böyük bankın ən yaxşı müştərilərinə təklif etdiyi kredit faiz dərəcələrindən tərtib edilən LPR-də Çin Mərkəzi Bankı faiz dərəcəsini 1 illik ödəmə üçün 3,55 faiz, 5 illik ödəmə müddəti üçün isə 4,20 faiz olaraq saxladı.
İqtisadçılar Çin Mərkəzi Bankının ilin qalan hissəsində pul siyasətini yumşaltmaq üçün mötədil addımlar atacağını gözləyirlər. Bu addımlara siyasət faiz dərəcələrində potensial azalma və aşağı ehtiyat tələbləri daxildir.
