"ChatGPT" üç il ərzində ABŞ-da 17 həkimə müraciət edən Aleks adlı uşağın problemini həll edib.
Cəmi 4 yaşında ikən xroniki ağrıları olan uşaq hər gün ağrıkəsici istifadə etməli olub.
Ağrıları başlayandan qısa müddət sonra Aleksin şəxsiyyəti də dəyişməyə başlayıb. Əhval-ruhiyyəsi pozulan və daim yorğun olan oğlan yeriyərkən sol ayağını dartıb aparırdı.
Zaman keçdikcə Aleksi bir çox həkim bu üsulla müayinə etsə də, onun bütün problemlərinin mənbəyi olan xəstəliyi tapmaq mümkün olmayıb. Üç illik axtarışdan sonra Aleksin anası "ChatGPT"dən oğlunun vəziyyəti barədə soruşmaq qərarına gəlib.
Çünki əvvəlki araşdırmalar göstərib ki, söhbət bot tibbi diaqnozlarda yüzdə 72 nisbətində düzgün cavab verir.
Aleksin anası Kortni test nəticələrini oğlunun vəziyyətinin nə olduğunu soruşmaq üçün onları "ChatGPT"yə daxil edib. Çatbot cavab verib ki, bu, onurğa beyni sindromu ola bilər.
Onurğa beyninin hərəkətlərini məhdudlaşdıran bu pozğunluq sinir toxumalarına qan axınının yavaşlamasına səbəb olur və sinirlərin funksiyalarını pozur.
Xəstəliyin simptomları arasında bel və ayaqlarda ağrı, dəri rənginin dəyişməsi, əzələ itkisi, skolyoz, yeriş pozğunluğu və sidik qaçırma kimi problemlər var.
Qeyd edək ki, əvvəlki aylarda aparılan bir araşdırma, "ChatGPT"nin ABŞ-ın qızıl standart tibbi imtahanı olan USMLE-də yüz baldan 52,4 ilə 75 bal aldığını ortaya qoydu. Həkim namizədlərinin imtahandan keçmək üçün ən azı 60 bal toplaması gözlənilir.
