Sanksiyalar çərçivəsində Cənubi Koreya banklarında dondurulmuş İranın təxminən 6 milyard dollarlıq aktivlərinin təhvil verilməsi ABŞ və İran arasında məhbus mübadiləsi sazişi çərçivəsində həyata keçirilir.
İndex.az xəbər verir ki, Cənubi Koreya mediası ötən həftə İranın ölkə banklarında dondurulmuş aktivlərinin klirinqi və köçürülməsi üçün İsveçrənin mərkəzi bankına təxminən 6 milyard dollar məbləğində vəsaitin köçürüldüyünü açıqlayıb.
İsveçrə Milli Bankı növbəti beş həftə ərzində hər gün təxminən 300-400 milyard von (təxminən 220-300 milyon dollar), sonra isə avroya çevirməyi planlaşdırır.
Cənubi Koreyanın Maliyyə Nazirliyinin məsələnin hüquqi və diplomatik həssaslığına görə şərh verməkdən imtina etdiyi bildirilir.
Qeyd edək ki, İran və ABŞ İranda saxlanılan 5 Amerika vətəndaşının azad edilməsi müqabilində İranın Cənubi Koreyadakı dondurulmuş aktivlərinin Qətərdəki İranın istifadə edə biləcəyi hesaba göndərilməsi barədə razılığa gəliblər.
