"ABŞ ticarətində qeyri-müəyyənlik və maliyyə kəsiri yüksək səviyyədədir".
İndex.az xəbər verir ki, bu sözləri “Financial Times” qəzetinə verdiyi müsahibədə Beynəlxalq Valyuta Fondunun idarəedici direktorunun müavini Gita Qopinat söyləyib.
Qəzetə danışan Qopinat, ABŞ-ın borc yükünün durmadan artdığını və fiskal siyasətin zamanla onu azaltmağı hədəfləməsi lazım olduğunu vurğulayıb.
Qopinat həmçinin xəbərdarlıq etdi ki, dünyanın ən böyük iqtisadiyyatı ticarət qeyri-müəyyənliyi ilə mübarizə aparmağa davam edir və bu, son zamanlarda gərginliyin azalmasına baxmayaraq çox yüksək olaraq qalır.
