Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

 

Məlumata görə, hərracda tələb 41.5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 29.3% çoxdur. Belə ki, iyulun 18-da keçirilən valyuta hərracında banklar 32.1 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.