Yaponiyanın “Toyota” şirkəti cərayana qoşulan hibrid – “Plugin” yeni nəsil “Prius Prime” modelini təqdim edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, yeni beşinci nəsil “Toyota” avtomobili 2,0 litrlik benzin mühərriki, iki elektrik mühərrikli motora və xüsusi eCVT variatora malik olacaq. AQvtomobilin elektrik stansiyasının gücü 220 at gücündə olacaq ki, bu da ailə hetçbeki üçün pis deyil.

Yeni model 60 mil/saat (97 km/saat) həddinə 6,6 saniyəyə sürətlənir ki, bu da daha əvvəlki modeldən təxminən 4 saniyə tezdir. Avtomobilin akkumulyator batareyası 13,6 kVt/saat tutuma malikdir və 120 Volt cərəyanda təxminən 11 saata doldurulur.

ABŞ-da yeni “Toyota Prius Prime”nin satışları may ayında başlayacaq. Yeni modelin qiymətləri isə 32 350-39 170 dollar arasında dəyişir.

