Braziliyanın təyyarə istehsalçısı "Embraer", elektriklə uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında fabrik tikəcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, uçan taksilərin 2026-cı ildən səmada olacağı gözlənilir.

Şirkətin törəmə şirkəti "Eve" tərəfindən istehsalı planlaşdırılan uçan taksilər kiçik altı sərnişinlik helikopteri xatırladır.

Bu avtomobillə səyahətlərin adambaşına 50 ilə 100 dollar arasında başa gələcəyi gözlənilir.

Şirkət artıq 3000-ə yaxın hava taksisi sifarişi aldığını bildirib.