Bali adasına gedən və orada çəkdirdiyi videoda özünü müsəlman kimi təqdim edən Lina Lutfiawati adlı qadın donuz ətindən hazırlanan yeməyi yeməzdən əvvəl “Bismillahirrahmanirrahim” deyib.

İndex.az xəbər verir ki, reaksiyalara səbəb olan görüntü qısa zamanda yayılaraq sosial mediada milyonlarla baxışa çatıb.

İslam qanunlarına görə donuz əti “haram” sayılır.

Sumatra adasındakı Palembang şəhərində baxılan işdə məhkəmə 33 yaşlı qadının "din əsasında nifrət və ya fərdi/qrup düşmənçiliyinə yönəldilmiş məlumatı qəsdən yaydığına" qərar verib.

Lütfiavati üzr istəsə də, o, iki il həbs və 16 245 dollar cərimə cəzasına məhkum edilib.