Yunanıstanın Krit adasındakı Heraklion şəhərinə getmək üçün Pirey limanından yola düşmək üzrə olan bərəni son anda tutan sərnişinin qarşısı səlahiyyətlilər tərəfindən alınıb. Bunun üzərinə sərnişinlə iki məmur arasında əlbəyaxa dava düşüb.
İndex.az xəbər verir ki, bir neçə saniyə sonra səlahiyyətlilərdən biri hərəkət edən bərəyə minmək istəyən sərnişini itələyib.
Bərə hərəkətdə olarkən pandusla estakada arasında suya düşən sərnişin dünyasını dəyişib. Həmin anlar kameraya əks olunarkən sosial mediada sürətlə yayılan video reaksiyaya səbəb olub. Sentyabrın 5-də baş verən və ölkədə hiddət doğuran hadisədən sonra başlanan istintaq çərçivəsində kapitan da daxil olmaqla 2 zabit və 4 ekipaj üzvü saxlanılıb.
Sahil mühafizəsi sərnişinin huşsuz vəziyyətdə sudan çıxarıldığını və daha sonra öldüyünü bildirib. İstintaq zamanı sərnişinin ölüm səbəbinin "boğulma" olduğu müəyyən edilib.
