İspaniyanın şərqindəki Barselona şəhəri yaxınlığında şəhərətrafı qatarın relsləri keçən qrupu vurması nəticəsində 4 nəfərin öldüyü açıqlanıb.

İndex.az xəbər verir ki, Kataloniya muxtariyyətinin Mülki Müdafiə Baş Müdirliyindən verilən məlumata görə, piyadaların keçdiyi yerdən relsləri keçmək istəyərkən 7 nəfərlik bir qrup qatarın vurması nəticəsində 4 nəfərin həlak olduğu bildirilib.

Yerli vaxtla saat 20.18-də baş verən qatar qəzasının "piyadaların keçidinin qadağan edildiyi, əyri və görünmənin çətin olduğu yerdə" olduğu bildirilib.

Yerli hökumət rəsmiləri qəzanın qurbanlarının ərazidə konsertə getmək üçün qatar relsini keçməyə çalışan bir qrup gənc olduğunu bildiriblər.

Bildirilib ki, qəza nəticəsində qatar hadisə yerində dayanıb, sərnişinlər avtobuslarla daşınıb və R3 şəhərətrafı qatar xətti müvəqqəti bağlanıb.