Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 218,3 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,9% çoxdur.

Bankların aktivlərinin 20 062,4 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,8%-dən 44,4%-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,9% artaraq 39 305,6 milyon manata, o cümlədən depozit portfeli 6,9 % artaraq 32 056,7 milyon manata çatıb. Bunun 12 472,5 milyon manatı fiziki, 19 584,2 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı saitləri 20,2% çox, şirkətlərin banklardakı vəsaitləri isə 0,1 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,6 dəfə azalaraq 107,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 14,9% artaraq 5 912,7 milyon manat təşkil edib.