Bu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 17 milyard 880,6 milyon manat olub.
İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % artaraq 10 milyard 037,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 % artaraq 7 milyard 843,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,7 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
