Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat olub.

İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 % artaraq 921,9 manat təşkil edib.