“Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.

İndex.az bu barədə aviaşirkətin “Facebook” səhifəsinə istinadən məlumat verir.

Bildirilir ki, ilk aviareys artıq martin 28-də həyata keçirilib.

“Air Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.

Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.