Azersun Holding

Sətəm üzrə kiçik mütəxəssis (AL Market)

Son tarix 22 okt 2023 

Tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.
  • Microsoft Office proqramlarında (xüsusilə excel, outlook) işləmə bacarığı;
  • SƏTƏM normaları ilə bağlı məlumatlı olmalı;
  • Sürücülük vəsiqəsinin olması arzuolunandır;
  • Ezamiyyələrə açıq olmalı.

İş haqqında:

  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etmək;
  • Təhlükəsiz iş şəraiti yaratmaq və şirkətdaxili siyasət yeritmək;
  • İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
  • Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
  • Şirkətdə  keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və  əməyin, sağlamlığın mühafizəsi  sistemini yaratmaq və  tətbiq etmək;
  • SƏTƏM və KN standartlarını bütün işçi heyətinə tətbiq etmək.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00
  • Nahar şirkət tərəfindən qarşılanır

İş yeri:

  • Bakı
  • Sumqayıt
  • Qaradağ

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsinə " Sətəm üzrə kiçik mütəxəssis (AL Market)" qeyd etməyiniz xahiş olunur.

 

 

Baş satış təmsilçisi

Son tarix 22 okt 2023 

Tələblər:

  • Ali təhsil (marketinq, iqtisadiyyat, biznesin təşkili və idarə olunması sahəsində təhsilin olması arzuolunandır);
  • Baş satış təmsilçisi kimi ən azı 3-5 il iş təcrübəsi;
  • Karton məhsulları satışı sahəsində iş təcrübəsi üstünlükdür;
  • Satış strategiyalarını bilməli (sertrifikatın olması arzuolunandır);
  • Səlis nitq və inandırıcılıq qabiliyyəti;
  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Günlük təyin olunan proqram üzrə satış nöqtələrini ziyarət etmək və sifarişi almaq (satış edilməsi);
  • Müştəri bazasını formalaşdırmaq, yeni müştərilərin cəlbi üçün tədbirlər görmək;
  • Şirkətin kefiyyət sistemini bütün satış nöqtələrində təbliğ etmək;
  • Bazara giriş nisbəti aşağı olan məhsulların satışının artırılması istiqamətində işlər görmək;
  • Kreditlə çalışmaqda olan müştərilərin kredit miqdarını məhsuldar bir şəkildə istifadə edib etmədiklərini kontrol etmək;
  • Məhsulların keyfiyyəti mövzusunda müştəriləri və istehlakçıları məlumatlandırmaq;
  • Müştərilər ilə rəsmi müqavilə bağlanması və qaimə, hesab-faktura kimi rəsmi sənədlərin müştəri ilə razılaşdırılmasını təmin etmək;
  • Yoxlama şöbəsi tərəfindən aşkarlanmış çatışmamazlıqların mənbəyini müəyyən edərək onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi;
  • Yeni çıxan məhsullar haqqında müştəriləri məlumatlandırmaq, onların satışını həyata kecirmək;
  • Satış nöqtələrindən istifadə tarixi keçmiş məhsulların geri qaytarılmasını və ya yeniləri ilə əvəz edilməsini təmin etmək;
  • Gündəlik reallaşan satışlar və ödəniş məbləğlərinin kassa hesabı ilə qarşılaşdırmaq;
  • Malların satış nöqtələrinə vaxtında çatdırılmasına nəzarət etmək;
  • Həyata keçirilən kompaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
  • Günlük satış uğuru, ziyarət uğuru, satış ziyarətinin reallaşması haqqında hesabat hazırlamaq;
  • Müştəridən iadə olunan malları anbara təhvil vermək;
  • Qiyməti dəyişən mallar haqqında müştəriləri məlumatlandırmaq;
  • Müştərilərin istək və şikayətlərini rəhbərə bildirmək;
  • Rəqib şirkətlərin fəaliyyəti haqqında hesabatlar və təkliflər hazırlamaq və müvafiq şəxslərə göndərmək;
  • Aylıq müştəri müqavilə icrasını kontrol etmək;
  • Müştərilərdən gündəlik gələn ödənişlərin təsdiqini alıb müvafiq hesablardan düşməsi ücün Mühasibatlıq şöbəsinə məlumat verilməsi;
  • Müştəri şikayət və problemlərin həlli ücün təklifin verilməsi;
  • Aşağı tələbatlı məhsulları müəyyən edib, iadə olmaması  ücün  təkliflər verilməsi.

İş Qrafiki: Həftə içi 5 gün, 09:00-18:00

Ünvan: Xırdalan şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur.

 

Sağımxana üzrə texniki avadanlıqlar nəzarətçisi (Kürdəmir)

Son tarix 22 okt 2023 

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olmalı;
  • Afimilk sürü idarəetməni və sağımxana sistemini bilməli;
  • Havalandırma (ventilyasiya sistemi) fanlarının iş prinsipini bilməli;
  • CİP və sağımda istifadə olunan təmizləyici maddələri tanımalı, istifadə norma və qaydalarını bilməli.

İş haqqında:

  • Fermada istifadə olunan bütün avadanlıqların sazlığına nəzarət etmək;
  • Afimilk sistemə aid olan bütün qurğu və avadanlıqların təmir baxım planını həyata keçirmək;
  • Sağımxana sisteminə aid olan bütün avadanlıqların saz vəziyyətdə qalmasını təmin etmək, stok durumunu nəzarətdə saxlamaq;
  • Süd depolama, süd çatdırılma prosesinin norma daxilində həyata keçirmək;
  • Sağımxana avadanlıqlarının quraşdırılmasını, periodik yoxlanışını ,təmirini həyata keçirmək;
  • Soyutma sistemlərini daim nəzarətdə saxlamaq, vaxtı vaxtında təmir etmək;
  • Ferma pərdələmə sistemini nəzarətdə saxlamaq, gübrə daşıma (skreyper) prosesini izləmək.

İş Şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsinə "Sağımxana üzrə texniki avadanlıqlar nəzarətçisi (Kürdəmir)" qeyd etməyiniz xahiş olunur.