Bu ilin yanvar ayında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 12 milyon 882 min ABŞ dolları təşkil edib.
Bu barədə İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, son 1 ildə iki ölkə arasında ticarət dövriyyəsi 13,9 % artıb.
Məlumata görə, iki türkdilli ölkə arasında ixracının dəyəri 1 milyon 987 min ABŞ dolları, idxalının dəyəri isə 10 milyon 895 min ABŞ dolları olub.
O cümlədən ilin ilk ayında Azərbaycan və Özbəkistan arasında ixrac 40 % azalıb, idxal isə 36,3 % artıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb.
