2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana 6 milyon 841 min ABŞ dolları dəyərində tekstil ixrac olunub.
İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,6 % azdır.
Həmçinin cari ilin fevral ayında Türkiyədən ölkəmizə 3 milyon 3 min ABŞ dolları dəyərində tekstil gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1,9 % çoxdur.
