Bu ilin yanvar-avqust aylarında “AzerGold” tərəfindən 28,132 unsiya qızıl hasil edilib.
İndex.az “AzerGold”a istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.
Bu ilin 8 ayında Səhmdar Cəmiyyət tərəfindən 79,934 unsiya gümüş hasil edilib ki, bu da 2022-ci ilin 8 ayının göstəricisi ilə müqayisədə 37 % azdır.
Bu müddət ərzində “AzerGold” 23,122 unsiya qızıl ixrac edib Bu da illik müqayisədə 30% azdır.
Bu ilin yanvar-avqust aylarında şirkət tərəfindən gümüş istehsalı da 45 % azalaraq 61,541 unsiya təşkil edib.
Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.
