Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38 milyon dollar ABŞ dolları birbaşa investisiya yatırıb.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu baxımdan I yerdə "Tamar" qaz yatağı layihəsi ilə əlaqədar İsrail qərarlaşıb: "Aralıq dənizində yerləşən yataqla bağlı 542,6 milyon ABŞ dolları investisiya qoyuluşu bu ilin III rübündə həyata keçirilib, bu barədə məlumat vermişdik. Bundan başqa, 9 ay ərzində Türkiyəyə 289 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 250 milyon ABŞ dollarl, Böyük Britaniyaya 176 milyon ABŞ dolları, İtaliyaya isə 118 milyon ABŞ dolları birbaşa xarici investisiya yatırılıb".
Bundan başqa, AMB rəsmisi deyib ki, hesabat dövründə xarici rezidentlər ölkəyə 4 milyard 736 milyon ABŞ dolları birbaşa investisiya yatırıb: "Bu baxımdan I yeri 1 milyard 243 milyon ABŞ dolları ilə Böyük Britaniya tutub. Növbəti yerlərdə Türkiyə (632 milyon ABŞ dollarl), Cənubi Kipr (543 milyon ABŞ dolları), İsveçrə (384 milyon ABŞ dolları) və İran (272 milyon ABŞ dolları) qərarlaşıb".
