İqlim dəyişikliyinin izlənilməsinə görə kosmik cihazlar əsas vasitələrdən biridir. Hazırda dünya üzrə 160-dan çox kosmik aparatda iqlim dəyişikliyini ölçmək mümkündür.

İndex.az xəbər verir ki, bunu “Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı əldə olunan məlumatların məhz 60 faizi kosmosdan əldə olunan informasiyalardır: “Hazırda kosmik agentlik işğaldan azad olunan ərazilərdə bütün parametrlərə uyğun olaraq fəaliyyətini davam etdirir”.

Sədr həmçinin növbəti peyk layihələrinin davam etdirildiyini də bildirib: “Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”.