Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 415,9 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə öhdəlikləri 2 milyard 179,6 milyon ABŞ dolları azalmışdı.
İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
9 aylıq artım ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 4 milyard 736,1 milyon ABŞ dolları artması (4,7 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 5 milyard 041,3 milyon ABŞ dolları azalması (5,9 % çox), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (1,7 % az), portfel investisiyalarının 33,7 milyon ABŞ dolları azalması (28,5 dəfə az), digər investisiyaların isə 304,6 milyon ABŞ dolları artması (1 il bundan əvvəl 1 milyard 441,2 milyon ABŞ dolları artıb) hesabına təmin edilib.
