Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu barədə İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin iki ayı ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 33,3 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında AZAL 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.