Avrozonada inflyasiya rəqəmləri açıqlanıb.

İndex.az xəbər verir ki, istehlak qiymətləri avqust ayında illik bazda yüzdə 5,2 olaraq geriləyib.

İyul ayında istehlak qiymətləri illik bazda yüzdə 5,3 olub. Bazarlarda gözlənti isə illik istehlak qiymətlərinin dəyişməməsi idi.

Aylıq əsasda istehlak qiymətləri 0,5 faiz artıb. İyulda istehlak qiymətləri 0,1 faiz azalıb.

Bazarlar avqust ayında istehlak qiymətlərinin 0,6 faiz artacağını gözləyirdilər.