Cənubi Amerika ölkəsi Ekvadorun şimalında bir evə silahla basqın edən 6 nəfərdən 4-ü qaçmağa çalışdıqları avtomobildə unutduqları əl qumbarasının partlaması nəticəsində ölüb, 2 nəfər yaralanıb.

İndex.az xəbər verir ki, Santo Dominqo de los Tsachilas əyalətində bir evə hücum edən 6 nəfər hadisə yerindən qaçdıqları avtomobildən əl qumbarasını atmağı unudublar.

Maşında unudulmuş əl qumbarasının bir neçə metr irəliləməsi nəticəsində partladılması nəticəsində 4 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb.

Təhlükəsizlik kamerası görüntülərində bir evə atəş açan silahlıların bir müddət sonra avtomobilə mindiyi, lakin bir neçə metr sonra avtomobilin partladığı görünür.

Ekvador mətbuatında çıxan xəbərdə hadisənin sentyabrın 4-də baş verdiyi paylaşılıb.