Mayın 23-də "AtaSığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İndex.az sığorta şirkətinə istinadən xəbər verir ki, gündəlikdə duran əsas məsələlər 2022-ci maliyyə ili üzrə "AtaSığorta"nın İdarə Heyətinin, Direktorlar Şurasının hesabatları, müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı, illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, o cümlədən mənfəətinin bölüşdürülməsi ilə bağlıdır.
Ümumi yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında baş tutacaq.
