Ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdamda bələdiyyə böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub.
İndex.az xəbər verir ki, siyasətçilər böyük gəmilərin şəhərin davamlılıq hədəfləri üçün uyğun olmadığına diqqət çəkdilər.
Qərar Amsterdamın əsas qatar stansiyası yaxınlığında, IJ çayının kənarındakı kruiz gəmisi terminalının bağlanması mənasına gəlir.
Bu, paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biri idi.
