Almaniyada mövsümü dalğalanmalar nəzərə alınmaqla, sənaye istehsalı yanvarda 3.7% artdıqdan sonra fevralda da aylıq nisbətdə 2% artıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyi bildirib.
“DailyFX” portalının sorğusuna qatılan analitiklər hesab edirlər ki, bu göstərici aylıq nisbətdə cəmi 0,1% artıb. Eyni zamanda, yanvarda dekabr ayı ilə müqayisədə artım ilkin olaraq 3,5% səviyyəsində qiymətləndirilib.
İllik nisbətdə fevralda ölkədə sənaye istehsalı 0,6% artıb. Bir ay əvvəl isə 1,6% azalma qeydə alınıb.
Energetika və tikinti sektoru istisna olmaqla, sənaye istehsalı fevralda yanvar ayı ilə müqayisədə 2,4% artıb. Sənaye və texniki malların istehsalının həcmi 3,4 %, istehlak mallarının istehsalı isə 1,4 % artıb.
