Danimarkanın Orhus Universitetinin alimləri tərəfindən aparılan araşdırmada siqaret vərdişinin insan sağlamlığına daha bir mənfi təsiri aşkar edilib.
İndex.az xəbər verir ki, xərçəngdən ürək xəstəliklərinə, şəkər xəstəliyindən tənəffüs xəstəliklərinə qədər bir çox zərərli təsiri olan siqaretin ruh sağlamlığına da mənfi təsir etdiyi açıqlanıb. Elm adamları siqaretin depressiya, bipolyar şəxsiyyət pozğunluğu və şizofreniya kimi xəstəliklərin səbəbi olduğunu ortaya çıxarıblar.
Araşdırmanı aparan alim Dr. Doug Speed siqaretin psixi sağlamlığa zərər verdiyini deyib:
“Siqaret tək səbəb olmasa da, siqaret psixi sağlamlıq problemlərinə görə xəstəxanaya düşmə riskini 250 faiz artırı".
Speed və Kanadadakı iki alim İngiltərədəki Biobankın məlumatlarına daxil olublar və orada təhlil ediblər. Dünyanın ən böyük insan sağlamlığı məlumat bazasına malik olan bu təşkilatın apardığı araşdırmada mütəxəssislər insanların siqaretə hansı yaşda başladığını da araşdırıblar.
Araşdırmada, orta hesabla insanların 17 yaşında siqaret çəkməyə, 30 yaşında isə psixi sağlamlıq problemləri yaşamağa başladıqları ortaya çıxıb.
