Avropa İttifaqı (Aİ) Ukraynadan idxal olunan mallara rüsumlar tətbiq etmək fikrindədir.
İndex.az xəbər verir ki, "Financial Times"ın yaydığı məlumata görə, Aİ Ukrayna mallarının əksəriyyətinin Aİ-yə rüsumsuz daxil olmasına imkan verən xüsusi ticarət razılaşmalarını qəfil dayandırmaq qərarına gəlib.
Bu addım Polşanın blokun fermerlərini qorumaqda liderlik etməsindən sonra baş verib.
