Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işləyir.
İndex.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Bizim 17-ci paketimiz var. İndi növbəti paket üzərində işləyirik", - o qeyd edib.
K.Kallasın sözlərinə görə, bu sanksiyalar enerji sektoruna aid olacaq: "Düşünürəm ki, siyasi təcrid Rusiyaya təzyiq göstərmək üçün vacibdir və bu məsələdə hamımız birlik olmalıyıq. Çünki biz aydın görürük ki, Rusiya sülh istəmir".
